Zərərsizləşdirilən erməni PUA-sının istehsalçısı bəlli oldu

Zərərsizləşdirilən erməni PUA-sının istehsalçısı bəlli olduSentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən aşkar edilərək, xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatının (PUA) istehsalçısı məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, aparat əsasən müasir kartoqrafik həllər təqdim edən ABŞ şirkəti “Micro Aerial Projects” tərəfindən hazırlanıb.

İstehsalçının rəsmi səhifəsində PUA-ların sırf mülki və elmi məqsədlər üçün nəzərdə tutulduğu bildirilir. Bu isə o deməkdir ki, erməni tərəfi sadə və ucuz cihazları alaraq onlara kustar üsulla hazırlanmış hərbi vasitələr əlavə edir.

Əlbəttə ki, ermənilərin bu addımı ancaq gülüş doğurur. Belə ki, dünya hərb sənayesinin ən qabaqcıl vasitələrilə təchiz olunan Azərbaycan Ordusuna qarşı qeyri-peşəkar “silahlar” tətbiq etmək ən azından uğursuzluğun təminatı sayılmalıdır.

Burada ABŞ şirkətinin də məsuliyyətini dərk etməsi gərəkdir. Belə ki, hər bir istehsalçı öz məhsullarının kimlərə satıldığı və sonradan necə istifadə edildiyini izləməli, buna görə məsuliyyət daşımalıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər