ABŞ-a yalvarmağa başladılar – “Türkiyəni dayandırın”

ABŞ-a yalvarmağa başladılar – “Türkiyəni dayandırın”Türkiyənin Şimali İraqda keçirdiyi hərbi əməliyyatlar PKK terrorçularının yuxusunu qaçırıb.

Teleqraf.com xəbər verir ki, köşəyə sıxışan terrorçular Türkiyəni dayandırması üçün ABŞ-a müraciət ediblər.

PKK/SDQ terror təşkilatının “xarici əlaqələr üzrə məsul rəsmisi” ABŞ-ın Ərbildəki baş konsulluğunun hərbi müşaviri polkovnik Sanbörnlə görüşündə Türkiyəni dayandırmalarını istəyib, həmçinin onlara vəd edilən zenit silahlarının çatdırılmamasından şikayətlənib.

“Yeni Şafak”ın məlumatına görə, terrorçu görüşdə Türkiyənin Şimali İraqda keçirdiyi antiterror əməliyyatlarına səssiz qaldığı üçün ABŞ-ı qınayıb və bu ölkəni açıq mövqe sərgiləməyə çağırıb.

Türk kəşfiyyatı SDQ-nin ABŞ-ın susqunluğuna cavab olaraq Amerikanın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın (DMUK) əməliyyatlarında iştirakını azaldacağını öyrənib.

ABŞ-a bəzi tələblər irəli sürən SDQ-nin Vaşinqton və DMUK-dan Türkiyənin antiterror əməliyyatlarını dayandırmasını və vəd olunan silahların verilməsini tələb etdiyi də müəyyən edilib. ABŞ isə SDQ-yə bildirib ki, lazım olan silahların verilməsi üçün Konqresin razılığı lazımdır.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər