star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bakının humanitar yardımı, erməni "aclığı", Fransanın gülünc oyunu Rusiya mətbuatında

Bakının humanitar yardımı, erməni "aclığı", Fransanın gülünc oyunu Rusiya mətbuatındaAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev Rusiyanın nüfuzlu Politrus.com saytında Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardımdan bəhs edib.

Müəllif yazıda erməni separatçılarının "humanitar fəlakət", "Çörək böhranı" şousundan, Azərbaycanın humanitar yardım addımına qarşı aqressiv münasibətdən, həmçinin Fransanın bu oyun iştirakçısına çevrildiyindən yazıb.

QHT sədri qeyd edib ki, Azərbaycan bu addımla Qarabağdakı ermənilərin taleyindən narahat olan dairələrə Ağdam-Xankəndi yolunun olduğunu, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə buradan yardım göndərə biləcəklərini göstərir. "Acından ölən" ermənilər Azərbaycanın yardımını qəbul etməkdən imtina edərlərsə, deməli, Xankəndidə heç bir "humanitar fəkakət" yoxdur.

Fransanın un çuvalında Qarabağa daxil olmaq istəyi isə ürəyində qaldı. Bu oyunda ermənilərə dəstək olan Fransanın “humanitar yardım”dan ibarət 10 TIR-ının geri qaytarılması isə o deməkdir ki, Azərbaycanın iradəsi, razılığı və icazəsi olmadan heç kəsin onun sərhədlərinə daxil olmağa haqqı yoxdur.

Yazının rus dilində tam mətni aşağıdakı linkdə:
https://www.politrus.com/20230830/azerbaycan-armenia-53/

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər