star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Rusiyada niyə çevik ola bilmirik?

Rusiyada niyə çevik ola bilmirik?Bu ilin avqustun 7-də Yekaterinburq şəhər Dumasının sədri İqor Volodin Azərbaycana qarşı separatçı mövqedə olan qurama Talış-Muğan Muxtar Respublikasının 30 illik yubileyində iştirak edib, onları dəstəklədiyini bildirib. Bu münasibətlə onları təbrik edib, hətta hədiyyələr təqdim edib.

Maraqlıdır ki, Azərbaycanın məsələ ilə bağlı əlaqəli olan qurumları hadisənin üstündən 21 gün keçdikdən sonra xəbər tutaraq Rusiya XİN-ə etiraz məktubu göndərib.
Diqqət edin, hadisə avqustun 7-də baş verir. Avqustun 28-də Azərbaycan səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə, Azərbaycan səfiri Polad Bülbül oğlu Yevgeni Kuyvaşevə, Yekaterinburqdakı Azərbaycan-Ural ictimai milli-mədəni təşkilatının rəhbəri Şahin Şıxlinskiyə etiraz notası, Yekaterinburqun inzibati orqanlarına müraciətlər göndərir.

Rusiya media qurumlarında gedən məlumata görə, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Yekaterinburq şəhər Dumasının sədri İqor Volodinin hərəkətlərinə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlundan rəsmən üzr istəyib.

Nəticə olaraq, qubernatorun Azərbaycan tərəfindən üzr istəməsi məqbul sayıla bilər. Ancaq internet, informasiya dövründə hadisələrə ləng reaksiyamız doğru hesab edilə bilməz və bu lənglik uduzmağımıza aparan ciddi faktordur.

İnanmaq istəyirik ki, bundan sonra əlaqədar qurumlar Azərbaycanla bağlı baş verən olaylara gecikmiş cavab verməyəcək.

Necə deyərlər, Atalar misalında deyildiyi kimi, aaldan atılan daş olsa-olsa topuğa dəyə bilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər