Priqojindən sonrakı hədəf Kadırovdur - Ekspert

Priqojindən sonrakı hədəf Kadırovdur - Ekspert“Vaqner” rəhbəri Yevgeni Priqojindən sonrakı qurban Çeçenistan rəhbəri Ramzan Kadırov ola bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi Dmitri Qudkov deyib.

Qudkovun fikrincə, Rusiya Prezidenti Vladimir Putin artıq Kreml fraksiyaları arasında orbitr rolunun öhdəsindən gəlməyi bacarmır və “parçala və hökm sür” idarəetməsini davam etdirir.

O bildirib ki, Priqojinin fiziki olaraq aradan qaldırılması göstərdi ki, artıq bütün çəkişmələr ortaya çıxır və qarşıda Kadırovla hesablaşmadır:

“Çünki bu gün Kadırov Rusiya dövlətçiliyinin və dövlət strukturlarının əsas rəqibidir. Ona görə ki, onun yaxşı təlim keçmiş şəxsi ordusu var. Kadırov isə bütün hüquq-mühafizə orqanlarından yan keçməklə ciddi təsirə malikdir. Bu, çoxlarının xoşuna gəlmir və düşünürəm ki, qarşıda hələ çoxlu münaqişələr görəcəyik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər