Sizin Reklam Burada

Priqojin qiyam günü öldürülüb - Şok

Priqojin qiyam günü öldürülüb - ŞokTəyyarədə Priqojin və Utkinin meyitləri olub. Onlar qəzadan xeyli əvvəl öldürülüblər. Onların meyitləri təyyarədəki soyuducuda olub.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov deyib.

“Priqojini həbs etdilər, işgəncə verdilər, daha sonra öldürdülər”, - Jirnov bildirib.

Onun sözlərinə görə, Priqojin qiyamdan dərhal sonra öldürülüb, tərəfdaşlarını sakitləşdirmək üçün saxta foto və videolarını düzəldiblər:

“Onun Belarusdakı bütün çəkilişləri gecə aparılıb və orada onu müəyyən etmək çətindir. Səsi isə müasir texnikanın köməkliyi ilə düzəltmək asandır. Onun sonuncu dəfə Afrikadakı videomüraciəti də saxtadır. Fikir verin, 50 dərəcə istidə, tam təchizatda onda bir damcı da tər yoxdur, heç dərisi də parlaq deyil”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər