Sizin Reklam Burada

"Baş cəlladın öz sifarişçiləri tərəfindən məhv edilməsi sevindirici haldır"

"Baş cəlladın öz sifarişçiləri tərəfindən məhv edilməsi  sevindirici haldır"Priqojinin ölümü ilə əlaqədar hadisəyə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov münasibət bildirib.

“Vaqner Rusiya Federasiyasının kirəli qatilləridir.
Onlar üçün heç bir halda heç bir yerdə kimi qətl etməyin fərqi olmayıb. İstər Liviyada General Hafteri dəstəkləyərək rəsmi dövlət yanında duran müsəlmanları qırmaq olsun, istər Suriyada diktator Əsədə qarşı olan müsəlmanları qırmaq olsun, istər Afrikanın fərqli ölkələrindəki müdafiəsiz xristian zənciləri qətl etmək olsun, istərsə də onlar üçün qardaş sayılan Slavyan kökənli Ukraynalıları kütləvi şəkildə məhv etmək olsun.

Baş cəllad rolunda olan Priqojin Suriyada ABŞ tərəfdarları və Türklərlə qarşı-qarşıya durmuşdu, general Hafteri dəstəkləyəndə ABŞ qoşunları ilə bir səfdə yer almışdı. Yenə də Türklərə qarşı idi. Baş cəlladın öz sifarişçiləri tərəfindən məhv edilməsi əlbəttə ki, sevindirici haldır. Amma düşünürəm ki, Putin bu əməliyyatı ilə həm də ona qarşı üsyan etməyə cəhd etmiş Yevgeni Priqojini və onun yaxın əhatəsini məhv etməklə baş cəllad roluna yenisini gətirmiş oldu.

Rəsmi Rusiya Vaqnerə münasibətini dünya ictimaiyyətinə göstərərək eyni zamanda bu kirəli qatillər qoşununun bundan sonra dünyanın müxtəlif yerlərində törədəcəyi cinayətlərə görə məsuliyyət daşımadığı mesajını vermiş oldu”, – H. Yusubov qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər