Sizin Reklam Burada

Ukrayna ilk F-16 qırıcılarını yaxın 6 ay ərzində əldə edə bilər

Ukrayna ilk F-16 qırıcılarını yaxın 6  ay ərzində əldə edə bilərUkraynaya “F-16” təyyarələrinin ilk partiyası ən tez 6-7 ay ərzində təhvil verilə bilər.

Bu barədə Ukraynanın müdafiə naziri Oleksii Reznikov bəyan edib.

“F-16” təyyarələrinin texniki xidmət, təmir və döyüş vəzifələrini yerinə yetirə bilməsi üçün infrastruktur hazırlığının görülməsi lazım olduğunu bildirən O.Reznikov, pilotlarla yanaşı, mühəndis-texniki işçilərin də yetişdirilməsinin vacibliyini, bunun ciddi və əhatəli bir iş olduğunu qeyd edib.

Reznikov, Ukrayna səmasında ilk “F-16”ların uçması üçün təlim və işlərin davam etdiyini, ilk “F-16”ların minimum 6-7 ay sonra təhvil verilməsinin gözlənildiyini bildirib.

Bundan əlavə, Reznikov ukraynalı pilotların 6 aya hazır ola biləcəyini vurğulayıb.

Xatırladaq ki, Hollandiya Ukraynaya 42, Danimarka isə 19 ədəd “F-16” təyyarəsi tədarük edəcəyini açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər