İranda həbs edilən Fəridə hökm oxundu

İranda həbs edilən Fəridə hökm oxunduİranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə ötən gün hökm oxunub.

Avrasiya.net xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında onun anası Dilarə Əsgərova bildirib.

O qeyd edib ki, oğlunun son məhkəməsi olmadan hökm çıxarılıb:

“Oğluma son söz verilmədən iki il həbs cəzası verilib. Artıq Fəridə məktub şəklində qərar çatdırılıb. Nə oğlum, nə də mən bu qərarla barışırıq. Heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmirik”.

Qeyd edək ki, F.Səfərli bu il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da onunla bağlı bu ölkəyə nota verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər