Ermənistanda əsir saxlanılan hərbçimizin ömürlük həbsi tələb olunur

Ermənistanda əsir saxlanılan hərbçimizin ömürlük həbsi tələb olunurErmənistanda fabrik mühafizəçisini öldürdüyü iddiası ilə 20 il azadlıqdan məhrum edilən azərbaycanlı hərbçi Hüseyn Axundovun ömürlük həbs olunması istənilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Zəngəzur mis-molibden zavodunun mühafizəçisi Ayrapet Meliksetyanın qohumları Axundova ömürlük həbs cəzası tələbi ilə hökmdən apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, Azərbaycan ordusunun hərbçiləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin və Axundov Hüseyn (2003-cü il təvəllüdlü) aprelin 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yerləşən Şahbuz rayonu ərazisində mənfi hava şəraitində görmə qabiliyyətinin məhdudlaşması səbəbindən itkin düşüblər. Onları Ermənistan tərəfi “bir qrup şəxslə əvvəlcədən razılaşdırılaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah və sursat daşımaqda” ittiham edib. Bəbirov Ermənistan məhkəməsi tərəfindən 11,5 il, Hüseyn Axundov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər