Moldova İrana qarşı sanksiyalar tətbiq edib
Dərc olunub:
15-08-2023, 04:01
Moldova Rusiya ordusuna verdiyi yardıma görə İrana qarşı sanksiyalar tətbiq edib.
"RBC-Ukrayna" xəbər verir ki, bunu Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin nümayəndəsi İqor Zaxarov deyib.
“Moldova Avropa İttifaqının demək olar ki, bütün sanksiyalarına qoşulur”, - Zaxarov bildirib.
Beləliklə, Moldova Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina, İslandiya və Lixtenşteynin ardınca Aİ-nin İrana qarşı sanksiyalarına qoşulub.
Aİ Moldovanın bu qərarını alqışlayıb.
Qeyd edək ki, Aİ-nin iyulun 20-də tətbiq etdiyi sanksiyalara pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalında istifadə olunan komponentlərin İrana ixracına qadağa da daxildir.
Son xəbərlər
