Rusiya 3 ukraynalı generalı axtarışa verdi
Dərc olunub:
14-08-2023, 09:56
Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin 3 generalını axtarışa verib.
Avrasiya.net xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ukrayna Ali Baş Komandanının müavini, general-leytenant Yevgeni Moysyuku və general-mayorlar İqor Palaxniuk və Andrey Kovalçuk axtarış siyahısına əlavə edilib.
Onlar Donbassın atəşə tutulması zamanı 100-dən çox insanın ölümü və yaralanmasında ittiham olunurlar.
Axtarışın hansı maddə ilə aparıldığı açıqlanmayıb.
Son xəbərlər
