Sizin Reklam Burada

İranda həbs olunan Fərid əməliyyat olundu

İranda həbs olunan Fərid əməliyyat olunduİranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərliyə anası vəkil tutub.

Avrasiya.net xəbər verir kik, bu barədə Trend-ə açıqlamasında onun anası Dilarə Əsgərova məlumat verib.

Onun sözlərinə görə, vəkil İranda yaşayan azərbaycanlıdır.

"Artıq vəkil işlə tanış olub, Fəridlə və hakimlə görüşüb. Vəkil qeyd edib ki, onun həbsinə dair heç bir sübut yoxdur".

D.Əsgərova bildirib ki, oğluyla dünən telefonla danışıb.

"Fərid bildirib ki, səhhətində problemlər yaranıb və kor bağırsağından əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Ancaq ümumi olanlardan çox narahatdır. Yaxın günlərdə son məhkəmə olmadan qərar çıxmalıdır. Hakim vəkilə deyib ki, son məhkəmə olmadan qərar verəcəm. Vəkilin deməsinə görə, İranın qanunlarında Fərid axrıncı məhkəmədə iştirak etmədən, son söz söyləmədən hakim onun barəsində hökm çıxara bilər. Hakim özünün rəyinə əsasən Fəridin casusluq niyyətiylə İrana gəlib, ancaq həyata keçirə bilməyib. Lakin ortada heç bir sübut yoxdur. Məhkəmədə də oğlum hakimə sual verib "nə olub ki, həyata keçirdə bilməmişəm?" deyə, hakim isə heç bir cavab verə bilməyib. Deyib ki, bu mənim rəyimdir", - deyə anası əlavə edib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər