“Qurana sayğı və sahib çıxmaq" - Vebinar keçirilib
Son günlərdə Avropanın bəzi ölkələrində müsəlmanlar üçün müqədəs olan İlahi kitab Qurani-Kərimə qarşı hörmtsiliklə bağlı Türkiyədə vebinar təşkil olunub.
Avrasiya.net xəbər verir ki. Beynəlxalq Əlmustafa Universitetinin Türkiyə nümayəndəliyi tərəfindən təşkil olunan və Quran tv ilə canlı yayımlanan virtual seminarda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Türkiyə Əhlibeyt Alimlər Dərnəyinin sədri Hacı Kadir Akaras, Sakarya Universitetindən Zehra Betul Güney, Qazientep Universitetindən Dr. Mahmdud Çinar və dəyərli din alimi Yusif Tazegün çıxış ediblər.
Çıxış edənlər Qurana hörmətsizliyin tarixi və növləri, son illərdə daha da geniş hal almasının səbəbləri və qarşısının alınması yönündə müsəlmanların üzərinə düşən məsuliyyətlər və s. mövzularda ətraflı danışıblar.
Qeyd edək ki, vebinar sabah da davam edəcəkdir.

Son xəbərlər
