İranda etiraz edən müəllimlər işdən qovuldu

İranda etiraz edən müəllimlər işdən qovulduİranda Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvləri Lida İsmaili və Əlirza Himməti işdən qovulublar.

Axar.az xəbər verir ki, bu barədə Təhsil İşçiləri Həmkarlar İttifaqı məlumat yayıb.

Hər iki müəllimin Təhsil Nazirliyinin əməkdaşlarının inzibati xətalarına dair işlər üzrə apellyasiya şurasının qərarı ilə cəzalandırıldığı bildirilib.

Onlar müəllimlərin hüquqlarını təmini ilə bağlı fəaliyyətləri, etiraz aksiyasında həbs edilən müəllim və tələbələrin azadlığını tələb etdikləri üçün işdən qovulublar.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən, tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb. Müəllimlərin bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər