Sizin Reklam Burada

"Ermənistanla əməkdaşlıq edən xarici şirkətlərə ciddi xəbərdarlıq olunmalıdır"

"Ermənistanla əməkdaşlıq edən xarici şirkətlərə ciddi xəbərdarlıq olunmalıdır"Ermənistanın dağ-mədən sənayesində ekoloji pozuntularla əlaqədar “Environmental Protection First” (EPF) Koalisiyasının elan edilməsinə dair bəyanat yayan qeyri-hökumət təşkilatlarının (QHT) bu təşəbbüsünü biz də dəstəkləyirik. Belə bir koalisiyanın elan edilməsi tam da zamanında atılmış addımdır. Çünki Ermənistan adlı şər dövlət bugün faktiki olaraq ölkəmizə qarşı ekoloji terror siyasəti yürüdür.

Bəyanatda da qeyd edildiyi kimi bədnam qonşumuzun dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozması və oradan buraxılan zəhərli kimyəvi tullantılar Azərbaycanla sərhəddə su resurslarına, ətraf mühitə böyük ziyan vurur. Ermənistan istər torpaqlarımızı işğal altında saxladığı dönəmdə, istərsə də 44 günlük müharibədən sonrakı dövrdə ekosistemin məhv edilməsi istiqamətində atdığı addımlarla qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları kobud surətdə pozub və bu gün də pozmağa davam edir. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistanın ekoloji terror siyasətinə laqeyd qalmamalıdır.

Ermənistanın bütün regionun ekoloji durumunu ağırlaşdıran bu cür barbar siyasətini dayandırmaq üçün həm müvafiq beynəlxalq təşkilatları bir an öncə hərəkətə keçməyə, prosesə müdaxilə etməyə səsləmək lazımdır, həm də dağ-mədən sənayesi sahəsində Ermənistanla əməkdaşlıq edən xarici şirkətlərə ciddi xəbərdarlıq olunmalıdır. O şirkətlər beynəlxalq konvensiyaların norma və prinsiplərini kobud surətdə pozma hallarına görə cəzasız qalmayacaqlarını dərk etməlidirlər. Ermənistanın və bəzi xarici şirkətlərin mafioz işbirliyini və ekoloji vandalizmini dayandırmaq indi hamımızın prioritet vəzifəmiz olmalıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər