Ukraynaya 2000-ə yaxın İran PUA-sı atılıb
Dərc olunub:
4-08-2023, 08:24
Rusiya ordusu indiyədək Ukraynaya 1961 ədəd İran istehsalı "Şahed" tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, İran PUA-larının əhəmiyyətli hissəsi vurulub.
“Təəssüf ki, hamısı deyil. Çalışırıq ki, daha çox vuraq, mümkün qədər vuraq. Biz daha çox hava hücumundan müdafiə sistemlərinin əldə edilməsi üçün çalışırıq”, - deyə prezident vurğulayıb.
Qeyd edək ki, Rusiya 2022-ci ilin payızında Ukraynaya qarşı İranın kamikadze dronlarından istifadə etməyə başlayıb.
Son xəbərlər
