Rusiyada amfibiya təyyarə qəzaya uğradı - 2 nəfər öldü
Dərc olunub:
2-08-2023, 10:10
Rusiyanın Krasnoyarsk diyarının şimalında şəxsi amfibiya təyyarə qəzaya uğrayıb.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Prokurorluğun məlumatına əsasən, təyyarə Dudinka çayının üzərindən havaya qalxarkən qəzaya uğrayıb.
Baş vermiş hadisə zamanı təyyarənin göyərtəsində iki nəfər olub. İlkin araşdırmalara görə, onlar həlak olub.
Son xəbərlər
