Cənubi Qafqaza maraq azalıb - Paşinyan
Dərc olunub:
2-08-2023, 09:01
Cənubi Qafqaza maraq azalıb, praktiki olaraq indi bütün beynəlxalq diqqət Ukraynaya yönəlib.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Euronews" telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, 24 fevral 2022-ci il tarixindən etibarən Minsk Qrupunun həmsədrləri qarşılıqlı əlaqəni dayandırdılar.
"Bəzi ölkələr qərara gəldilər ki, prosesin digər iştirakçıları ilə artıq əlaqə saxlamaq istəmirlər, buna görə də problemlər yaranıb", - Paşinyan deyib.
Son xəbərlər
