ABŞ institutu: “Belarusda İranın “Shahed” PUA-larının istehsalına başlanıla bilər”

ABŞ institutu: “Belarusda İranın “Shahed” PUA-larının istehsalına başlanıla bilər”Belarusda İranın “Shahed” pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanıla bilər.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin iyulun 31-də İrana səfər edib və müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb: “Tərəflər əməkdaşlıq haqqında memorandum, həmçinin ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıblar. Xrenin və Aştiani görüş zamanı çox güman ki, silah satışını müzakirə ediblər”.

Amerikalı analitiklərin fikrincə, görüş zamanı, həmçinin Belarusda “Shahed” istehsalına dair razılaşma da əldə oluna bilər.

Qeyd edək ki, uzun müddətdir İran Rusiyaya yerli istehsallı “Shahed” PUA-ları göndərir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər