İrəvanın “humanitar şousu”: diaspor hərəkətə keçdi

İrəvanın “humanitar şousu”: diaspor hərəkətə keçdiErməni diasporu Brüsseldə Avropa Şurasının binası önündə Laçın postunun açılması məqsədilə aksiya keçirib, diqqəti “Qarabağda humanitar fəlakət” çəkməyə çalışıb. Məqsəd aydındır: yükləri sərhəddə uzun müddətdə saxlayacaq İrəvan beynəlxalq təzyiqin güclənməsi ilə Bakının geri addım atmasına çalışacaq, buna paralel olaraq erməni diasporu də ən yaxşı bacardığı işi – aksiyaların keçirilməsi, kampaniyaların aparılması və s; - həyata keçirəcək.

Avrasiya.net xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib.

“Məhz bu məqamda Azərbaycan diasporuna ehtiyac yaranır: sərhəddəki yardım şousunun Azərbaycanın ərazi bütövlüyünə qarşı addım olduğuna, bu şouya dəstək verən Avropa strukturlarının da ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin əks olunduğu beynəlxalq hüququ pozduğuna dair aksiyalar, kampaniyalar keçirə, bununla əks həmlə edə bilərlər”, - o bildirib.

Qedy edək ki, Ermənistan Azərbaycanın razılığı alınmadan, özbaşına olaraq Qarabağdakı erməni icması üçün guya “humanitar yardım” adı ilə 19 yük maşınını sərhədimizə göndərib. Sərhədimizdə 2 gündür qalan maşınların geri çəkilməsi əvəzinə, onun günlər, hətta həftələrlə orada saxlanılması barədə çağırışlar eşidilir. Məqsəd guya Azərbaycanın “humanitar yardımı” buraxmadığını dünyaya göstərməkdir.

Azərbaycan Qarabağda məskunlaşan erməni icmasının bütün ehtiyacları üçün Ağdam-Xankəndi marşrutunu təkif etdiyini bir daha təkrarlayıb, hazırkı “humanitar şou”nu isə pisləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər