İranda Azərbaycana qarşı yeni təbliğat başladı - Foto
Dərc olunub:
28-07-2023, 11:57
İ
randa keçirilən məhərrəmlik və əzadarlıq mərasimlərindən Azərbaycan Respublikasına qarşı istifadə edilir.
Axar.az xəbər verir ki, mərasimlərdə Azərbaycan Respublikasının anti-islam ölkə olduğu təbliğ olunur.
Əzadarlıq mərasimlərindəki banner və plakatlarda “Azərbaycanda həbsdə olan 2000 mücahid şiənin xatirəsinə”, “Azərbaycan sionizmin işğalından azad olunsun” və başqa bu məzmunlu ifadələr əks olunub.
