Moskvaya PUA-larla hücum edilib
Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Rusiya Müdafiə Nazirliyi hücumun Ukrayna tərəfindən həyata keçirildiyini iddia edib.
Nazirlik qeyd edib ki, hücumda istifadə edilən iki PUA zərərsizləşdirilib. Hadisə nəticəsində heç bir itki olmadığı qeyd olunub.
Moskva meri Sergey Sobyanin "Telegram" kanalında səhər saat 4 radələrində baş verən hücum zamanı iki qeyri-yaşayış binasının vurulduğunu bildirib.
Rusiyanın dövlət xəbər agentlikləri fövqəladə xidmətlərə istinadən yazır ki, Komsomolski prospektində, Müdafiə Nazirliyinin binalarından 2 kilometr aralıda yerləşən binanın yaxınlığında dron parçaları tapılıb.
Məlumata görə, Moskvanın cənubundakı Lixaçov və Komsomolski prospektində nəqliyyatın hərəkəti bağlanıb.
Ukrayna hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Son xəbərlər