Moskvada güclü partlayış: ölənlər və yaralılar var
Dərc olunub:
22-07-2023, 18:35
Rusiyanın paytaxtı Moskvada ticarət mərkəzində güclü partlayış olub.
Bu barədə TASS məlumat yayıb.
Partlayış “Vremena Qoda” ticarət mərkəzində baş verib. Belə ki, qaynar su borusunun partlaması nəticəsində 4 nəfər ölüb, 9-u isə yaralanıb.