"Azərbaycanla problemimiz yoxdur"

"Azərbaycanla problemimiz yoxdur""Azərbaycanla İran arasında sərhəd məsələləri ilə bağlı heç bir problem yoxdur".

Avrasiya.net xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri deyib.

“Xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir, sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Allaha şükürlər olsun ki, iki ölkə arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir və dərinləşir”, - deyə iranlı general bildirib.

Qeyd edək ki, ötən gün Məhəmməd Baqiri təhlükəsizliyi yoxlamaq üçün Azərbaycanla sərhəd məntəqəsində olub. O, Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərində hərbi hissələrə baş çəkib. Baş Qərargah rəisi şəxsi heyətin döyüş hazırlığı vəziyyətini yoxlayıb.

Onu İran ordusunun yüksək vəzifəli komandirləri müşayiət edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər