Rusiyada 70 yaşlı kişilər də orduya çağrılır
Rusiyada səfərbərliyə cəlb olunanların yaş həddi 10 il artırılıb.
Ukraynada davam edən müharibəyə daha 100 min hərbçi cəlb etmək istəyən Rusiyada artıq 70 yaşlı kişiləri də orduya çağırırlar.
Bu yaxınlarda təsdiq edilmiş yeni qanuna əsasən, artıq 65 yox, 70 yaşa qədər ehtiyatda olan yüksək rütbəli hərbçilər xidmətə çağrıla bilərlər.
Məcburi xidməti başa vurmuş kişilər isə 45 deyil, 55 yaşına kimi yenidən orduya cəlb oluna bilərlər.
Məlumata görə, Vladimir Putinin sentyabr ayındakı səfərbərlik qərarından sonra yüz minlərlə kişi ölkəni tərk edib. Bundan əlavə, Rusiyada doğum nisbətinin son 23 ilin ən aşağı hədinə çatdığı deyilir.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri ən azı 47 min rus hərbçisi həlak olub. “
AzPolitika.info