star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərinə göz yummamalıdırlar"

"Beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərinə göz yummamalıdırlar"Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə müraciət etməklə Ermənistanın dağ-mədən şirkətlərinin bütün Cənubi Qafqaz region və ümumilikdə, qlobal ekosistemə vurduğu böyük ziyana diqqət çəkməyə çalışır.

Bunu Avrasiya.net-ə adıçəkilən qurumlara müraciəti imzalayan QHT sədrlərindən biri,
Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi Zaur Ibrahimli deyib.

Ekspert qeyd edib ki, uzun illər ərzində bu cür qeyri-şəffaf, standartlardan uzaq, riskləri nəzərə almayan fəaliyyət artıq fəlakət həddində ziyan vurmaq səviyyəsinə çatıb:

"Təəssüf ki, illərdir ki, Azərbaycan ictimaiyyətinin, ekoloqları və hökumətinin təqdim edtiyi, Oxçuçayın böyük həcmdə çirkləndirlməsi ilə əlaqədar obyektivliyi şübhə doğurmayan, beynəlxalq akkreditasiyaya malik xarici labaratoriyaların təsdiqlədiyi sübutlara baxmayaraq, Ermənistana münasibətdə sərt tədbirlər görülmür. Ermənistanın region ölkələrinin əhalisinin sağlamlığını təhdid edən bu məsuliyyətsiz davranışına göz yumulur. Bununla BMT və ixtisaslaşmış təşkilatları, Avropa Birliyi və Avropa Parlamenti, Avropa Şurası, ətarf mühit məsələləri ilə məşğul olan beynəlxalq təşkilatlar məsuliyyət daşıyırlar. Onlar öz səlahiyyətləri, beynəlxalq konvensiyalar çərçivəsində rəsmi İrəvandan hesabat tələb etməlidirlər. Bütün regionunun ekoloji təhlükəsizliyi bir neçə şirkətin və Ermənistanın siyasi rəhbərliyinin kommersiya maraqlarına qurban verilə bilməz".

Z.İbrahimli onu da vurğulayıb ki, Azərbaycan vətəndaş cəmiyyəti bunun belə olduğunu sübutlarla nümayiş etdirir və beynəlxalq təşkilatların diqqətini Ermənistanın ekoterroruna yönləndirməyə çalışır:

"Azərbaycan vətəndaş cəmiyyəti, ekoloqlarının davamlı və israrlı çağırışları artıq bu problemləri aktuallaşdırıb, region ölkələri bu məsələlərə xüsusi diqqət ayrımağa başlayıblar. İndi növbə BMT və ixtisaslaşmış təşkilatları, Avropa Birliyi və Avropa Parlamenti, Avropa Şurası, ətarf mühit məsələləri ilə məşğul olan beynəlxalq təşkilatlarındır. Onlar konkret addımlar atmalı və Ermənistanın cinayətlərinə göz yummamalıdırlar. Düşünərm ki, Azərbaycan vətəndaş cəmiyyəti bu məsələdə israrlı mövqedədir və bu istiqamətdə təşəbbüslərini davam etdirəcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər