star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ermənilər Rusiya səfirliyi qarşısında aksiya keçirdi

Ermənilər Rusiya səfirliyi qarşısında aksiya keçirdi44 günlük müharibədən sonra Ermənistana köçən Qarabağ erməniləri və digər yerli sakinlər BMT-nin İrəvandakı ofisi qarşısında yürüşə başlayıblar. Yürüş Rusiya səfirliyinə doğru davam edib.

Bu barədə “News.am” nəşri məlumat yayıb.

Aksiya iştirakçıları Laçın dəhlizinin açılması ilə bağlı absurd tələblər irəli sürüblər və bunun üçün Rusiya hakimiyyətini köməyə çağırıblar. Nümayişçilər son hadisələrə görə Moskvanı da ittiham ediblər.

Aksiya zamanı Azərbaycanla bağlı bəzi təxribatçı şüarlar səsləndirilsə də, polis əməkdaşkarı qanunsuz aksiyaya mane olmayıblar.

Qeyd edək ki, ötən həftə Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) ifşa edən məlumat yayıb. Bildirilib ki, DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Komitəyə rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.

BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər