“Krım bizim olacaq, məni heç kim dayandırmayacaq”

“Krım bizim olacaq, məni heç kim dayandırmayacaq”Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı bildirib ki, hətta ölkənin müttəfiqləri buna qarşı çıxsa belə, Krım Kiyevin nəzarəti altında olacaq.

“Report”un xəbərinə görə, o, bu barədə “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

"Vasitəm olan kimi nəsə edəcəm. Fərqi yoxdur - heç kim mənə mane olmayacaq", - Zalujnı deyib.

O, Ukraynanın qələbəsi ilə bağlı konsepsiyasını da açıqlayaraq, qeyd edib ki, ölkədə hələ də çox böyük iş var.

"Qələbə o zaman olacaq ki, bizim ordumuz - bəlkə də xeyli ordumuz olsun - bu, indi əlil arabalarında gəzən uşaqların təhlükəsizliyinə zəmanət verəcək ki, onlar belə şeylərin bir daha baş verməyəcəyini bilərək böyüyəcəklər", - baş komandan bildirib.

Ukrayna ordusunun baş komandanı daha əvvəl bildirib ki, silahlı qüvvələrin həbçiləri q aydan sonra Krımda olacaq.

Onun sözlərinə görə, qarşı tərəfin keçilməz müdafiə mövqelərinə malik olması cəfəngiyatdır: “Biz artıq o mövqeləri keçmişik. Ukrayna ordusunun piyadaları və zirehli texnikaları irəliləyir”.

Qeyd edək ki, Krım 2014-cü ildə qanunsuz şəkildə ilhaq edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər