star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Məğlubiyyət davam etsə də Rusiya iddialarından əl çəkmir

Məğlubiyyət davam etsə də Rusiya iddialarından əl çəkmirNATO-nun genişlənməsi, hətta daha bir neçə dövlətin bu təşkilata üzv olmaq istəyi Rusiyanı daha da hiddətləndirir. Əslində hər bir ölkənin öz strateji maraqlarını və təhlükəsizliyini nəzərə alaraq beynəlxalq hərbi bloklarda təmsil olunmaq hüququnun və istəyinin olması təbii haldır. Bugünkü Rusiya isə Baltikyanı respublikalar istisna olmaqla keçmiş SSRİ məkanındakı ölkələrin NATO-ya üzvlük məsələsini özünə qarşı ciddi təhlükə hesab edir.

İmperiya iddialarından əl çəkməyən, öz əhalisinin sosial-iqtisadi problemlərini həll etmək gücündə olmayan, Ukrayna ilə müharibədə böyük itkilər verən Rusiya keçmiş SSRİ məkanındakı bir sıra regionlardan, o cümlədən Cənubi Qafqazdan əl çəkənə oxşamır.
Belə təhdidlərin qarşısını almaq üçün Qərbə və yaxud ABŞ-a bel bağlamaq çətin məsələdir.

Digər bir məkrli plan Türk Dövlətləri Təşkilatının genişlənməsinin qarşısını almaq və həmin ölkələrdə müxtəlif formada çaxnaşmalar yaratmaq Rusiyadakı bəzi qüvvələrin hədəflərindədir. Qazaxıstanda, Özbəkistanda ötən il baş verən məlum hadisələr bunu sübut edir. Şimal qonşumuz belə imperiya gedişli hərəkətləri ilə bütün keçmiş SSRİ məkanında antirus meyllərini gücləndirsə də, təəssüf ki, bu siyasətindən əl çəkənə oxşamır.

Müşahidələr göstərir ki, belə məqamda Azərbaycan və Türkiyə Prezidentlərinin iki il öncə imzaladıqları Şuşa Bəyannaməsi ölkəmizi çox ciddi təhdidlərdən qoruyacaq addımlardan biridir. Bu tarixi sənəd regiona ediləcək təhdidlərinin qarşısını almaqla bərabər, bölgə dövlətlərinin sabit inkişafına təminat yaradacaq. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bölgənin geosiyasi mənzərəsini dəyişəcək bu Bəyannamə dünyaya ünvanlanmış ciddi mesajdır.

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər