İranlı zəvvarların avtobusu tankerlə toqquşdu - Ölənlər var
Dərc olunub:
13-07-2023, 10:26
İranlı zəvvarları daşıyan avtobus İraqın Samirə şəhərində qəzaya uğrayıb.
"Tasnim" xəbər verir ki, avtobusun tankerlə toqquşması nəticəsində iki iranlı ölüb, 32 nəfər isə yaralanıb.
Yaralılar "Məhəmməd Əl-Məcid" Şəhid Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları hələ açıqlanmayıb.