Bagiri qonşu ölkəni təhdid etdi

Bagiri qonşu ölkəni təhdid etdiİraqın şimalında yerləşən müxalif kürd təşkilatlarına qarşı daha geniş hücumlar ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri Məşhəddə SEPAH quru qüvvələri komandirlərinin illik konfransında çıxışı zamanı deyib.

O, İraq hökumətinin Kürdüstanda yerləşən İran müxaliflərini tərk-silah edəcəyinə söz veridiyini deyib:

“Əgər bu müddət keçsə və onlar tərk-silah edilməsələr, ya hər hansı əməliyyat keçirsələr, bu qruplara qarşı hərbi əməliyyatlarımız mütləq daha böyük intensivliklə təkrarlanacaq”.

Qeyd edək ki, bundan əvvəl iyunun 12-də SEPAH Kürdüstan əyalətinin qərbində yerləşən Sərvabad bölgəsinə çox sayda qüvvə toplayıb, müxalif təşkilatların qərargahlarını artilleriya atəşinə tutub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər