star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Paşinyan orduya nə qədər pul xərcləyib - MARAQLI FAKTLAR, RƏQƏMLƏR

Paşinyan orduya nə qədər pul xərcləyib - MARAQLI FAKTLAR, RƏQƏMLƏRErmənistan Silahlı qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan bu günlərə baş nazir Nikol Paşinyanı yeni ittihamlarla üz-üzə qoyub.

Erməni generalı ordunun hökumətdən pul istədiyini, lakin Paşinyan kabinetinin bundan imtina etdiyini deyib.

Tiran Xaçatryanın bəyanatına Ermənistan Baş nazirin aparatı sərt təpki göstərib.

“Xaçatryanın hökumətin ordunun ehtiyacları üçün pul ayırmaması barədə yalan bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur. Baş Qərargah rəisinin keçmiş müavini tərəfindən sırf siyasi motivlərlə bilərəkdən yalan məlumatlar yayılır. Ən azı qəribədir ki, bir sıra epizodlarda sonuncunun açıqlamaları da onun keçmiş rəisi, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın dedikləri ilə ziddiyyət təşkil edir”,-deyə bəyanatda bildirilir.

Ermənistan hökumətinin bildirdiyinə görə 2018-ci ildən 44 günlük müharibənin başlandığı 2020-ci ilə qədər hökumət silah və hərbi texnikanın alınmasına təxminən 608 milyard dram (1,5 milyard ABŞ dollarından çox) pul ayırıb.

Müqayisə üçün qeyd olunur ki, 2008-ci il yanvarın 1-dən 2018-ci ilin mayına qədər olan dövrdə, yəni 10 il 4 ay ərzində Ermənistanın əvvəlki hökumətləri eyni məqsədlər üçün 354 milyard dram (təxminən 916 milyon dollar) xərcləyib. Belə çıxır ki, iki il ərzində əvvəlki 10 ildəkindən demək olar ki, iki dəfə çox pul ayrılıb”, - deyə rəsmi cavabda qeyd olunur.

Musavat

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər