Gürcüstanda Xəyalə Mustafayevanın fərdi rəsm sərgisi keçirilib - Fotolar

Gürcüstanda Xəyalə Mustafayevanın fərdi rəsm sərgisi keçirilib - Fotolar8 iyul tarixində Gürcüstan Azərbaycanlıları Konqresinin və "Dirçəliş" təşəbbüs qrupunun təşkilatçılığı və "QafqazTürk" xəbər portalının media dəstəyi ilə “Gürcüstan bizim vətənimizdir - Azərbayacan və Türkiyə isə milli dövlətlərimizdir” mövzusunda Xəyalə Mustafayevanın fərdi rəsm sərgisi həyata keçirildi.

Rəsm sərgisi Marneuli bələdiyyəsinin Qaçağan kəndində yerləşən Qaçağan Mədəniyyət Evində baş tutdu.

Tədbiri giriş sözü ilə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov açdı. Hüseyn Yusubov çıxışında istedadlı rəssam Xəyalə Mustafayevanı ürəkdən təbrik edərək, ona rəssamlıq fəaliyyətində bol uğurlar arzu edib.

“Bu gün bizə çox xoşdur ki, doğma Qaçağanımızda toplaşmışıq. Bilirsiniz ki, Qaçağan kəndi illər boyu Borçalımızın həm mədəniyyət, həm maarif mərkəzi olubdur. Qaçağan kəndində bu tədbiri həyata keçirməmizdə əsas məqsəd odur ki, Qaçağan mədəniyyət evinin təmirində və yenidən dirçəlməsində öz töhvəmizi verək. Bu gün ölkəmizdə, xalqımızın mədəniyyətinin qorunması üçün hökümətimiz çox işlər görür. Buna görə hökümətimizə təşəkkür edirik. Buna baxmayaraq biz istəyirik ki, Qaçağan mədəniyyət evinə də diqqət çəkək və yenidən təmir olunsun.

Bu gün bu tədbirdə Türkiyə Cümhuriyyətinin Tiflis Büyükelçiliğinin üçüncü katibi Əli İhsan Aktaşa və Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Ramel Lətifova iştirak etdikləri üçün öz dərin iştəşəkkürümü bildirirəm. Yəqin ki, bilirsiniz Gürcüstan Azərbaycanlıları Konqresinin bir sloqanı var: “Gürcüstan bizim vətənimizdir – Azərbyacan və Türkiyə isə milli dövlətlərimizdir”. Hər üç ölkəyə sevgimiz və məhəbbətimiz eyni dərəcədədir. Biz Gürcüstanda yaşayan Azərbaycanlılar həmişə çalışırıq ki, bu üç dövlət arasında yalnız sülh və qardaşlıq olsun.

Bu gün bizim sevimli rəssamımız Xəyalə xanımın sərgilənən əsərlərində həm Gürcüstan, həm Azərbaycan, həm də Türkiyə ilə bağlı əsərlər görürük. Məsələn, Xəyalə xanımın sərgisində Xocalı soyqrımını təsvir edən rəsmlər də var. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında sülh olacaq bir gün, amma bu sülh heç də o demək deyil ki, Xocalı soyqırımı unudulacaq. Xeyir! Necə ki, Böyük Vətən Müharibəsindən sonra Nyurinberq məhkəməsi quruldusa, inşallah bir gün Şuşa məhkəməsidə qurular. Xocalı soyqırımını törədən cəlladlar gec ya tez, mütləq cəzasını almalıdır.

Söhbətimiz əvvəlində vurguladığım kimi, hər üç dövlət bizim üçün əzizdir və buna görə də hər üç dövlətin liderlərinin Heydər Əliyevin, Musatafa Kamal Atatürkün və gürcü rühanisi ikinci İlyanın bugünkü sərgidə portretlərini görürük. Bu liderlər hər üç xalqın mənəvi liderləridir və həmişə xalqlar üçün bir işıq olublar.” – Hüseyn Yusubov çıxışında qeyd edib.

Tədbirin keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə uğurlu və istedadlı qadınları icmada təbliğ etmək, həmçinin Qaçağan Mədəniyyət Evinin yenidən dirçəlməsinə öz töhfəmizi verməkdir.






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər