AB Ermənistana hərbi yardımdan imtina etdi

AB Ermənistana hərbi yardımdan imtina etdiAvropa Birliyi (AB) Ermənistana AB tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib.

Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.

O, Polşaya səfəri zamanı Prezident Andjey Duda ilə görüşdə AB-nin qərarından şikayət edib.

Bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün AB-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) “texniki yardım” istəyib. Bu mexanizm vasitəsilə AB Ukrayna, Moldova və Gürcüstana yardım ayırır.

“Təəssüf ki, AB-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək, Ermənistanın müraciəti rədd edilib”, - Simonyan vurğulayıb.

O, AB-nin bu qərarının ölkəsində etirazlara səbəb olduğunu və birmənalı qarşılanmadığını bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər