Rusiya Ukraynada erməni batalyonları YARADIR

Rusiya Ukraynada erməni batalyonları YARADIR"Rusiya rəsmiləri Ukraynaya yeni yaradılmış erməni könüllü batalyonunu yerləşdirir".

Modern xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında qeyd olunub.

"Rusiya mənbələri iyulun 2-də Moskvadakı erməni kilsəsində keçirilən yola salınma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun şəkillərini yayıb. Məlumata görə, könüllülərdən ibarət batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiya tərəfindən işğal olunmuş Gürcüstandakı Abxaziya muxtariyyətində yaşayan etnik ermənilərin də olduğunu güman edilir", - hesabatda bildirilib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər