"ABŞ-nin dəstəyini itirə bilmərik" - Zelenski

"ABŞ-nin dəstəyini itirə bilmərik" - Zelenski"ABŞ-də 2024-cü il prezident seçkilərinin nəticələrinə baxmayaraq, Vaşinqtonun Ukraynanı dəstəkləməyə davam edəcəyinə əminəm".

"Report" xəbər verir ki, bu sözləri Ukrayn Prezidenti Volodimir Zelenski İspaniya mətbuatına müsahibəsində deyib.

"Birləşmiş Ştatlar Rusiyanın tammiqyaslı işğalı başlayandan Ukraynanı güclü şəkildə dəstəkləyir. Rusiyaya qarşı mübarizədə bizə kömək etməyin vacibliyini həm demokratlar, həm də respublikaçılar anlayırlar", - Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, ABŞ-də hər iki partiyanın dəstəyini itirməmək lazımdır, çünki bu ölkə silah və maliyyə sahəsində liderdir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan ABŞ Ukraynaya təxminən 63 milyard dollar yardım göstərib.

İyunun 27-də ABŞ əks-hücum əməliyyatlarını dəstəkləmək və hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya növbəti hərbi yardım paketini elan edib, onun dəyəri 500 milyon dollar dəyərində qiymətləndirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər