Makron-Nikol dostluğu çat verdi: İrəvan Parisə sorğu göndərdi

Makron-Nikol dostluğu çat verdi: İrəvan Parisə sorğu göndərdiFransa Prezidenti Emmanuel Makronun Marseldə erməni diasporu ilə görüşdə səsləndirdiyi fikirlər Ermənistanda da geniş müzakirə və hakimiyyətə qarşı tənqidlərin genişlənməsinə səbəb olub.

Axar.az xəbər verir ki, Ermənistan XİN Makronun bəyanatı ilə bağlı Yelisey sarayına sorğu göndərildiyini bildirib.

“Dünəndən etibarən biz Fransa tərəfi ilə əlaqə saxlayırıq”, - XİN sözçüsü Ani Badalyan bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Makron Marseldə erməni icmasının nümayəndələri ilə görüşündə Makron Fransanın Ermənistan-Azərbaycan danışıqlarında tutduğu mövqe baxımından tək qaldığını, “Paşinyandan daha çox Əliyevə təzyiq etdiyini” bildirmişdi. Onun “tək qaldığını” bildirməsi isə Ermənistanda ciddi müzakirə doğurub.

Xatırladaq ki, bir müddət öncə Makronun 1 iyunda Kişinyovda keçirilən beştərəfli görüşdən də narazı ayrıldığı, görüşdə iştirak edən 5 liderdən 4-nün (Olaf Şolts, Şarl Mişel, İlham Əliyev, Nikol Paşinyan) Qarabağla bağlı mövqeyinin eyni olduğu, onun isə tutduğu mövqeyə görə pis vəziyyətdə qaldığını dediyi barədə məlumat yayılmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər