İranda gənc müəllim güllələndi - FOTO
Dərc olunub:
27-06-2023, 06:34
İranda gənc müəllim güllələnib.
Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, dəhşətli hadisə Rask şəhərində baş verib. Malik Ehsan Abadiyan adlı gənc etnik bəluc naməlum silahlı şəxslər tərəfindən öldürülüb.
O da vurğulanır ki, Malik Ehsan Abadiyanın heç kəslə şəxsi problemi olmayıb.