Krasnolimanda 130 ukraynalı hərbçi öldürüldü
Dərc olunub:
25-06-2023, 16:48
Rusiya qoşunları gün ərzində Krasnoliman istiqamətində 130-a yaxın ukraynalı hərbçini məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov deyib.
“Bu istiqamətdə gün ərzində 130-dək ukraynalı hərbçi, üç zirehli döyüş maşını, iki pikap, bir “Qvozdika” özüyeriyən artilleriya qurğusu, eləcə də iki D-30 haubitsası məhv edilib. Üç ukraynalı əsgər əsir götürülüb”, - Konaşenkov bildirib.