star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Separatizm toxumu əkməyin, qonşu ölkələri təhdid etməyin son aqibəti belə olur

Separatizm toxumu əkməyin, qonşu ölkələri təhdid etməyin son aqibəti belə olurHazırda dünya gündəmini daha çox Rusiyada cərəyan edən hadisələr, “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin basladığı proseslərin hansı istiqamətdə davam edəcəyidir. Müşahidələr göstərir ki, istər Priqojinin, istərsə də Rusiya hökümətinin hərəkətlərinə əhali kütləsi seyrçi mövqeydə dayanıb. İqtisadi problemlər içərisində itib-batan insanları belə məqamlar o qədər maraqlandırmır. Deməli hər ikisinin hərəkətləri, geniş anlamda hüquqa zidd əməlləri xalq kütlələrini məmnun etmədiyi ortadadır.

“Vaqner” özəl hərbi şirkətinin Liviyada, Suriyada, son bir ildə Ukraydakı qanlı hərəkətləri unudulmayıb. Rusiya rəhbərliyinin dəstəyi ilə yaradılmış bu hərbi qurum adıçəkilən ölkənin mahiyyətini ortaya qoyub. Bu isə onu göstərir ki, hüquq dövləti olmayan ölkələrdə belə çevrilişlərə cəhd, qanlı gedişlər, işğalçılıq, separatizmə dəstək əsas hədəflər sırasındadır.

Ədalətə. normal qonşuluq prinsiplərinə, hüquq normalarına uyğun deyil, yalnız çox konfiqurasiyalı, məkrli siyasi gedişləri ilə MDB məkanını hər zaman təhdid edən Rusiyanın priqojinləri yetişdirməsi təəccüblü deyil. Yalnız hüquqdan kənar, imperiya iddiaları ilə yaşayan Rusiya kimi dövlətlərdə belə halların baş verməsi gözləniləndir.

Keçmiş SSRİ məkanında harada münaqişə, separatizm görürsən, dərhal Rusiyanın barmağı orada görünür. Separatizm toxumu əkməklə, təhdid etməklə deyil, yalnız dünyanın hüquq sisteminin qəbul etdiyi prinsiplərlə qonşu dövlətlərlə əməkdaşlıq etmək mümkün olur. Əks təqdirdə bumeranq effekti verir. Əkdiyin kin-küdurət, separatizm günlərin bir günü sənin öz qarşına çıxır.

Separatizm toxumu əkməyin, qonşu ölkələri təhdid etməyin son aqibəti belə olur

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər