Vaqner-i bu qiyama kim vadar etdi və əsl səbəb?
Hələ müharibənin ilk günü verdiyim açıqlamada bildirmişdim ki, Rusiya Ukraynaya təcavüz müharibəsini başlamaqla uduzdu. Birmənalı, əgər Putin 24 fevralda Qərb liderlərinin xahişi ilə Ukraynaya hücum əmri verməsəydi, müharibəyə başlamasaydı siyasi və hərbi baxımdan çox böyük qaxancı olacaqdı. Əslində Putinin bu strateji səhvi-Ukraynaya təcavüz əmri Rusiynanın özü özünün sonluğunun startı kimi, Qərbin hazırladığı və gözlədiyi ssenari idi. Dünya nəhənglərinin Rusiyanın məhvi ilə bağlı məqsədləri bəllidir. Maraqlısı odur ki, Rusiya təsir dairəsində olan, xüsusəndə SSRİ respublikalarının tam müstəqilliyi, süni konfliktlərin həlli üçün tarixi şans yarandı.
O ki, qaldı Rusiyanın özəl hərbi muzdlu şirkəti "Vaqner"in mənsub olduğu dövlətə qarşı hərbi qiyamına, əvvəla qeyd etmək lazımdır ki, bu qarşıdurmanı heç bir halda Priqojin və Şoyqu qarşıdurması deyil. Bəli, Vaqner rəhbəri Priqojinin öz qiyamını, Şoyquya təhdid, təzyiqlə başlasa da Vaqnerin əsl hədəfi məhz Kreml və Putinin özüdür. Putinin indi üz-üzə qaldığı vətəndaş müharibəsi və dövlət çevrilişi təhlükəsində şəxsən Putinin öz təqsiri, daha doğrusu "xidməti" var. Məsələ ondadır ki, Putin Qərbin Ukraynaya bir başa dəstəyi nəticəsində məğlub olacağı halda hərçənd ki, Putin bunu Rusiyanın suverenliyinə və fiziki mövcudluğuna təhlükə kimi qiymətləndirib və nüvə silahından istifadə edəcəyini dəfələrlə səsləndirib. Dünya liderləri Putinin bu təhdidlərini real qəbul edərək Rusiyada ən azı hakimiyyət dəyişiliyini daxildən, daha doğrusu Vaqner vasitəsi ilə vətəndaş müharibəsi ilə həyata keçirməyə start verdi.
Şəxsimdə Putinin nüvə silahından istifadə edəcəyi ehtimalının mümkünsüz hesab etsəm də, Rusiyanın Kaxovka bəndini partladıb ekoloji, humanitar fəlakət yaratdığından, işğal etdiyi Zaporije AES-ı ilə bağlı böyük nüvə təhlükəsini Qərb Rusiyadan mümkün hesab edir. Nəzərə alsaq ki, Rusiya Belorusiyada nüvə silahlarını yerləşdirmək qərarı ilə Qərbi daha fərqli, ehtiyatlı variant tətbiq etməyə məcbur etdi ki, Putin hakimiyyətinə son qoyulsun. (Əlbəttə ki, Qərbin Rusiyada vətəndaş müharibəsi, dövlət çevrilişi variantı hər zaman ehtiyatda olub.) Bəli, Qərb bu üsulla həm məqsədinə çatır, həm də Putinin nüvə təhdidini zərərsizləşdirir. Təbii ki, Priqojinin rəhbərliyi ilə Vaqner-in hərbi qiyamı Qərbin və xüsusən də ABŞ başda olmaqla Almaniya, Fransa, Ingiltərənin işə saldığı mexanizmdir. Priqojinin rəhbərliyi ilə Vaqner-in hərbi qiyamı nəticəsindən asılı olmayaraq Kreml, Putin üçün faktiki siyasi, hərbi məğlubiyyətidir. Sözsüz ki, bu qiyam Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinə dönüşlü təsir edəcək.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas