"Rusiyada həm 5-ci kolon, həm də terror aktları törətməyə hazır olan personajlar var"

"Rusiyada həm 5-ci kolon, həm də terror aktları törətməyə hazır olan personajlar var"24 iyun 2023-cü il və 24 fevral 2022-ci il vəziyyəti müqayisə etsək, bu gün Rusiya cəmiyyətinin daha sakit reaksiyasını görərik. Hətta Rostov və Voronej vilayətləri ilə həmsərhəd olan rayonlarda Müdafiə Nazirliyinin bölmələri və digər hüquq-mühafizə orqanları Ali Baş Komandanın - Rusiya prezidentinin qarşıya qoyduğu tapşırığı yerinə yetirirlər.

Avrasiya.net xəbər verir ki, bunu rusiyalı politoloq, beynəlxalq təhlükəsizlik sahəsində mütəxəssis Vitali Arkov deyib.

“Rusiya vətəndaşları ölkə rəhbərliyinin effektivliyinə və silahlı üsyanı tez bir zamanda yatırmaq üçün onun səlahiyyət və resurslarının adekvatlığına əmindirlər. Bu, saxta böyüklüyündən ağlını itirmiş, Rusiyanın daxilində də mövcud olan xarici düşmənlərin əlaltıları tərəfindən edilən cəhddir. Xəyanətdən təəssüf ki, heç bir dövlət, heç bir cəmiyyət sığortalanmayıb”, - politoloq bildirib.

Arkov qeyd edib ki, Rusiyada həm beşinci kolon, həm də terror aktları törətməyə hazır olan ayrı-ayrı personajlar var:

“Lakin birincilər şərti olaraq anonim hesablardan sosial şəbəkələrdə maksimum fəallıq nümayiş etdirirlər, ikincisi ilə bağlı isə aidiyyəti idarələr tərəfindən nəhəng işlər görülür – onun aşkarlanması və qarşısının alınmasında nəticələrini təkcə mediada dərc olunan nəşrlər deyil, həm də Rusiya şəhərlərində yaşamaq, qalmaq təhlükəsizliyinin yüksək səviyyəsi ilə qiymətləndirmək olar.

Bəli, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı məlumatlar var. Lakin bu daha çox cəmiyyətin təhlükəsizliyi üçündür. Xəbər lentlərini söndürsəniz, Rusiya bölgələrinin böyük əksəriyyətində ətrafdakı reallıqda narahatedici məqamları görməyəcəksiniz. Teleqram, Feysbuk və Tvitterdə “Vaqner”in payxtata yaxınlaşması, rusların isə kütləvi şəkildə Ural və Sibirə köçməsi barədə "sensasiyalı" informasiyalar görünməkdədir. Burada Ukrayna Silahlı Qüvvələrinin Rusiya daxilindəki tərəfdaşları, xarici qüvvələr, həm də bayağı həyəcançılar tərəfindən təkrarlanan təxribat işi var. Ən son tövsiyə edəcəyim şey emosiyaları söndürüb beyni işə salmaqdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər