star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Vaqner"in hədəfi Moskvadır - Britaniya kəşfiyyatı

"Vaqner"in hədəfi Moskvadır - Britaniya kəşfiyyatıBritaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti Rusiyadakı hadisələrə münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, kəşfiyyat "Vaqner" və Kreml arasındakı gərginliyi son dövrlərdə Rusiya dövlətinin qarşısında duran ən ciddi problem kimi xarakterizə edib.

Məlumatda bildirilir ki, Priqojinin "Vaqner" muzdluları ilə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik açıq hərbi qarşıdurma mərhələsinə keçib. Vurğulaıb ki, yaxın saatlarda Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının sədaqəti böhranın necə nəticələnəcəyinə əsas verəcək".

"Priqojin tərəfindən “azadlıq yürüşü” kimi xarakterizə edilən əməliyyatda "Vaqner" Qrupunun qüvvələri ən azı iki istiqamətdən işğal olunmuş Ukrayna ərazisindən Rusiyaya keçib. Rostov-Donda "Vaqner", demək olar ki, əsas təhlükəsizlik obyektlərini, o cümlədən Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını idarə edən qərargahı ələ keçirib", - açıqlamada deyilir.

Britaniya kəşfiyyatı vurğulayır ki, hazırda "Vaqner" bölmələri Vorenej vilayətindən şimala doğru irəliləyir və hədəf Moskvaya girməkdir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət və qiyam adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər