"İran 1000 il öncə olduğu kimi yenidən türklərin dövləti olar"

"İran 1000 il öncə olduğu kimi yenidən türklərin dövləti olar" İran prezidentinin həyat yoldaşının türkləri düşmən adlandırması diplomatik qalmaqal yaratması ilə yanaşı İranın miliyyətçi mahiyyətini bütün çılpaqlığı ilə göstərdi: "Onun “Tarix boyu İranın çoxlu düşməni olub: monqollar, türklər, ərəblər... Amma onlar İranın dil, mədəniyyət və sivilizasiyasını dəyişə bilməyiblər" iddiası çox gülünc olsa da onu diqqətdən kənar buraxmaq olmaz. Bu bəyanat ilk növbədə İranda milli ayrı-seçkilik və etnik qarşıdurmaya səbəb olacaq ifadələrdir. Əminəm ki, yaxın günlərdə Cəmilənin bu axmaq bəyanatı İranda yaşayan ərəblər və türklər tərəfindən cavab veriləcəkdir. Hesab edirəm Kİ, Cəmilənin bilmədiyi tarixi həqiqətləri ona anlatmaq gərəkdir.

Cəmilə Ələmühuda unutmamalıdır ki, bu gün İranın fars dövləti kimi tanınmasın, fars dilinin və mədəniyyətinin itməyərək dominantlıq etməsini təmin edənlər məhz türklər olmuşlar. Səfəvilərin 1500-cü ildən indiki İrana, o zamankı türk coğrafiyasına siyasi şiəliyi gətirməsəydilər bu gün İran adlanan dövlət tam türk dövləti olacaqdı. Yenə də türk soylu pəhləvilərin hakimiyyətə gəlişindən, İran Qacarlardan sonra birmənalı olaraq fars dövləti olaraq tamamladı. Prezident Rəsinin arvadı biz türklərin farslar üçün etdiyi yaxşılığın əvəzini təşəkkürlər deyil, böhtan və iftira atmaqla cavab verirsə bu onların nə qədər rəzil olmasının sübutudur. Adətən bu sayaq bəyanatlar son ümid çırpıntılarıdır. İran növbəti inqilaba hamilədir və bu dəfə türklər tarixi səhvlərini düzəldər. İran 1000 il öncə olduğu kimi yenidən türklərin dövləti olar.

Vasif Əfəndi
Politoloq

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər