SEPAH din xadiminə qarşı sui-qəsdə cəhd etdi

SEPAH din xadiminə qarşı sui-qəsdə cəhd etdiİran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı Zahidan şəhərinin sünni din xadimi Mövləvi Əbdülhəmidə qarşı bioloji sui-qəsd təşkil etməyə cəhd edib.

Avrasiya.net xəbər verir ki, bu barədə qeyri-rəsmi xəbər mənbələri məlumat yayıb.

Məlumatda Mövləvi Əbdülhəmidə sui-qəsd etmək istəyən şəxsin müəyyənləşdirərək həbs edildiyi üçün terror hərəkətinin uğursuzluqla nəticələndiyi bildirilib.

Bəluc Fəallarının Kampaniyasının məsələ ilə bağlı yaydığı məlumata görə, terrora cəhd edən şəxs dini tələbə adı altında Məkki məscidinə girib, cümə imamına yaxın şəxslər tərəfindən saxlanıldıqdan sonra terror planı barədə etiraf edib. O, bir neçə aydır buna hazırlaşdığını və SEPAH tərəfindən hər həftə 15 milyon tümən məvacib aldığını söyləyib.

Qeyd edək ki, 9 aydan çoxdur Zahidan şəhərində etnik bəluclar hər həftənin cümə günü hökumət əleyhinə etiraz aksiyaları keçirir və cümə imamı həftəlik cümə namazı çıxışlarında Tehran hakimiyyətini sərt tənqid edir. O, bir neçə həftə öncə İranda hakimiyyət üsulunun dəyişdirilməsi üçün ümumxalq referandumunun keçirilməsini təklif edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər