İranda terror qruplaşması məhv edildi - Ölən və yaralılar var

İranda terror qruplaşması məhv edildi -İran polisinin Sistan və Bəlucistan əyalətindəki komandiri briqada generalı Dustali Cəlilian iyunun 17-da təhlükəsizlik qüvvələrinin cənub-şərq əyalətində terrorçu qruplaşmasını məhv etdiyini bildirib.

"Unikal" "Mehr" agentliyinə istinadla xəbər verir ki, bir qrup silahlı quldur ölkə ərazisində təxribat əməliyyatları keçirməyi planlaşdırıb.

"Müxtəlif təhlükəsizlik qüvvələrinin, o cümlədən kəşfiyyatın, hüquq-mühafizə orqanlarının sayəsində bu qrup fəaliyyətinin ilk günlərindən müəyyən edilib", - deyə Cəlilian açıqlayıb.

O, əlavə edib ki, Camon rayonunun kəndlərindən birində qrup təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb və əməliyyat zamanı onlardan ikisi yerindəcə öldürülüb, digər dörd üzv isə həmin kəndin ətrafında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Silahlı qrupla qarşıdurma zamanı bir hərbçi ölüb, daha iki Bəsic döyüşçüsü isə yaralanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər