Paşinyan Ermənistanın gerbini tənqid etdi

Paşinyan Ermənistanın gerbini tənqid etdiErmənistanın baş naziri Nikol Paşinyan ölkənin gerbi ilə bağlı tənqidi ifadələr səsləndirib.

Avrasiya.net erməni mətbuatına istinadən xəbər verir ki, o, bu barədə parlamentin iclasında deyib.

Bildirib ki, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti yoxdur:

“Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisində yerləşir - Qeyd) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı: bunun bizə nə dəxli var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var? O nə danışır?”, - deyə o bildirib.

Paşinyan qeyd edib ki, gerbin mərkəzində Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan ərazisini sular altında görmək olar.

Baş nazir gerbdə uzun müddətdir Ermənistanın təbii şəraitində yaşamayan aslan təsvir olunmasına da diqqət çəkib: “Müzakirə etdiyimiz bu problem əslində ikililiyə aiddir. Və hər birimizdə var”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər