Güneyin tanınmış ziyalısı sürgün edildi

Güneyin tanınmış ziyalısıGüney Azərbaycanın tanınmış ziyalısı, ana dilində təhsil uğrunda mübarizə aparan ictimai fəal Əkbər Azad iki il müddətinə sürgün cəzasına məhkum edilib.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, məlumatı Güney Azərbaycan mənbələri yayıb.

Bildirilib ki, Əkbər Azad yaşadığı Tehran şəhərindən İlam əyalətinin Dərədivan şəhərinə sürgün edilib.

O, qərarın icrasına uyğun olaraq ötən gün Dərədivana aparılıb.

Məlumata əsasən, 2017-ci il fevralın 21-də Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib. Apellyasiya Məhkəməsi həmin qərarı 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirib.

Həmin ilin avqustunda məhkəmənin çağırışından sonra Əkbər Azad Böyük Tehran Həbsxanasına köçürülüb. Amma bir ildən sonra səhhəti, yanaşı xəstəlikləri və yaşına görə mülki zəmanət qarşılığında sərbəst buraxılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər