Sizin Reklam Burada

İran “Fəttah”la bu ölkələrin sırasına qoşuldu

İran “Fəttah”la bu ölkələrin sırasına qoşulduSEPAH-ın Kosmik Hava Qüvvələri tərəfindən “Fəttah” hipersəs raket sisteminin test variantı nümayiş etdirildi. Hipersəs raketinin mənzili 1400 km-dır. Bu raketlər səsdən beşqat sürətlə hərəkət edə bilir.

Bu sözləri Axar.az-a hərbi ekspert Elxan Şıxəliyev “Fəttah” hipersəs raketinin xüsusiyyətləri haqqında danışarkən deyib.

O, bu silaha qarşı hava hücumundan müdafiə sisteminin bir çox ölkədə olmadığını bildirib:

“Raket həm atmosferdə, həm də atmosfer xaricində müxtəlif trayektoriyalarla hərəkətetmə qabiliyyətinə malikdir. Sürətli hərəkət etdiyi üçün zərərsizləşdirmək asan deyil. Hava hücumundan müdafiə sistemləri onları aşkar etmək və qarşısını almaqda çətinlik çəkir”.

Ekspertin sözlərinə görə, İran bu silahı təqdim etməklə öz hərbi gücünü nümayiş etdirmək istəyir:

“Amerika və İsrailin İranın gələcəyinə dair planları var. Tehran da onlara “mənim belə silahım var” mesajını verdi. Bu tip raketlər ABŞ, Rusiya və Çin kimi ölkələrdə var. İran da bununla hipersəs raketləri olan ölkələr cərgəsinə qoşulduğunu göstərmək istədi. Raketlərin kütləvi istehsalı ilə bağlı qərarın nə vaxt veriləcəyini zaman göstərəcək. Düşünmürəm ki, İran bu silahı tez bir zamanda kütləvi istehsal edə bilər”.

O, sanksiyalara baxmayaraq, İranın hərbi gücünü artırmasına da münasibət bildirib:

“İranın hərbi potensialını Şah rejimi dönəmində ABŞ və Fransa yaratdı. Yaxın Şərqdə İran onların ən yaxın müttəfiqi sayılırdı. Hərbi istehsal müəssisələrinin yaradılması və texnologiyaların verilməsi ilə hərbi texniki bazasını qurdular. Molla rejiminə keçdikdən sonra bu bazadan yararlanaraq, inkişaf etməyə başladılar. İranın hərbi-texniki istehsalını Çin indiki mərhələdə çox dəstəkləyir. Həmçinin, mütəxəssislər üzərindən Rusiya ilə də çalışmaları var. Daxildəki bütün hərbi-intellektual və iqtisadi resurslarını hərbi sənayeyə yönəldib. Keçmişdən qalan potensialını yeni idarəetmə sisteminə uyğunlaşdırmağa çalışır. Dövlət içində bir dövlət olan SEPAH-ın verdiyi dəstək də mühümdür. Öz iqtisadi mənbələri var və hərbi sahənin maliyyələşdirməsini həyata keçirə bilir. Ona görə də İran hərbi sənayesini inkişaf etdirməyi və ayaqda saxlamağı bacarır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər